!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəriman Nərimanovun xain qərarı: General Yefremovu niyə mükafatlandırdı? - Fotolar

!Reklam – Yazi

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutunda xüsusi rolu olan Nəriman Nərimanovun tarixi xəyanətini təsdiqləyən sənəd üzə çıxıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, hərbi-dəniz komissarı Əliheydər Qarayev və Komitənin katibi Qabriçidzenin 13 noyabr 1920-ci il noyabrın 20-də imzaladıqları əmrə əsasən, XI Ordunun dəmir yollarının mühafizəsi və müdafiəsi qüvvələrinin rəisi Mixail Qriqoryeviç Yefremov Bakının işğalına görə “Qırmızı bayraq” ordeni ilə təltif edilir.

Əmrin tam mətnində deyilir:

“Müzəffər XI Ordunun və Azərbaycan Sovet Sosialist Respublikasının dəmir yollarının mühafizəsi və müdafiəsi qüvvələrinin rəisi, hərbi komissar yoldaş Mixail Qriqoryeviç Yefremov 1920-ci il aprelin 27-də Bakının tutulması və Müsavat burjua hökumətinin ürəyinə ildırımsürətli sarsıdıcı zərbə vurulmasına görə Azərbaycan Sovet Sosialist Respublikasının “Qırmızı bayraq” ordeni ilə təltif edilsin.

Yoldaş Yefremova “Qırmızı ulduz” ordeninin 1 №-li nişanı verilir.

Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov
Hərbi-dəniz komissarı Əliheydər Qarayev
Katib Qabriçidze”.

Bundan cəmi bir ay sonra isə 1920-ci il Gəncə üsyanını qan gölündə boğduğuna görə Yefremov 2-ci dəfə “Qırmızı bayraq” ordeni ilə təltif olunur. Bu münasibətlə Nərimanov general Efremova brilyant daş-qaşla bəzədilmiş qılıncı şəxsən hədiyyə edib.

Azərbaycan istiqlalına düşmən kəsilən, AXC-nin qurulmasından sonra iki il (1918-1920) Rusiyada (əsasən, Həştərxanda) yaşayan Nərimanov o dövrdə milli hökumətə nifrətini və qısasçı hisslərini rəsmi şəxslərə yazdığı məktublarda da açıq büruzə verib.

N. Nərimanov milli hökumətin baş naziri Nəsib bəy Yusifbəyliyə ünvanladığı 16 iyul 1919-cu il tarixli məktubunda onu bu sözlərlə hədələyir:

“Siz mənim birinci Qafqaz qurultayında dediyim sözləri istehza ilə qarşıladınızsa da, güman etmirəm ki, mənim sözlərim indi də sizdə təbəssüm oyatsın.

Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saat yaxınlaşır…”.

XI Ordunun Azərbaycanı işğal etməsindən sonra milli hökumətin vəzifəli şəxslərinə, ziyalılara və hərbi elitaya qarşı qanlı terrora başlayan N. Nərimanov təbii ki, Yusifbəylini də “unutmur”.

Nəsib bəy Yusifbəylinin 31 may 1920-ci ildə Kürdəmirdə başı kəsilərək, vəhşicəsinə qətlə yetirilir.
Ancaq Nərimanovun öz aqibəti də terrora məruz qoyduğu milli hökumət nümayəndələrindən fərqli olmur. O, 1925-ci ilin qışında Moskvada bolşevik silahdaşları tərəfindən zəhərlənərək öldürülür.

Hakimiyyət hərisliyi üzündən müstəqillik qazanmış dövlətinə qənim kəsilən, “Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır”, – deyib, XI Ordunun önünə düşərək öz Vətəninin işğalında iştirak edən Nərimanovun bu taleyi ilahi cəza kimi də qiymətləndirilə bilər.

Xəyanət yoluna çıxanların ibrət götürəcəkləri bir taledir…
(Yazının hazırlanmasında “Azərbaycan tarixi” səhifəsindəki materiallardan istifadə olunub)

www.yenicag.az

8467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv