Nərimanov rayonunda son bir neçə gün ərzində keçirilən tədbirlərlə ümumilikdə 10 ədəd odlu silah, o cümlədən əməliyyat yolu ilə 3, əhali ilə aparılan profilaktik işlərin nəticəsi olaraq 7 ədəd tüfəng aşkar edilib.
Yenicag.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Hacıyevdən 1 ədəd “TT” markalı tapança, ona aid sandıqça, əvvəllər məhkum olunmuş Vidadi Məmmədovdan 1 ədəd “Makarov” markalı tapança həmin silaha aid sandıqça, əvvəllər məhkum olunmuş Rüfət İbrahimovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat və sandıqça aşkar olunaraq götürülüb.
Həmçinin, ümumən 7 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Narkotiklərin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 10 nəfər saxlanılıb və həmin şəxslər barəsində cinayət işləri başlanılıb.