Nərimanov rayonunda ev yandı – 1 nəfər xilas edilib

Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində 10 m² sahədə məişət tullantıları yanıb.

Yeniçağ.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Binanın zirzəmisi yanğından mühafizə olunub. Yanğının qarşısı qısa müddətdə alınıb.

Yeniçağ.az