Bakının Nərimanov rayonunda “Çermet” adlanan ərazidə partlayış baş verib.
Yenicag.az “virtualaz.org”a istinadən xəbər verir ki, əlvan metal qəbulu məntəqəsində mərmi partlayıb.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ağır yaralanb.
Bununla yanaşı, əlvan metal qəbulu üzrə bir məntəqədə çəkilmiş sensasion video ələ keçib. Bu videoda bir yerə toplanmış partlamamış sursatlar görünür və heç bir təhlükəsizlik tədbirlərindən söhbət belə getmir.
Maraqlıdır ki, Azərbaycan ərazisində partlamamış silah-sursatın zərərsizləşdirilməsi ilə ANAMA adlı qurum məşğul olur və bütün belə mərmilər Müdafiə Nazirliyinin və FHN-in mütəxəssislərinin nəzarəti altında dərhal məhv edilməlidir. Lakin anlaşılmaz səbəblər üzündən tonlarla mərmi Bakının mərkəzində adi bir əlvan metal qəbulu məntəqəsində toplanıb.
Bunu necə qiymətləndirmək olar? Təxribat, yoxsa cinayətkar səhlənkarlıq? Axı heç kimə sirr deyil ki, bu mərmilər cinayətkarların və potensial terrorçuların əlinə düşə bilər.