Nərimanovda köşk yandı

Bakının Nərimanov rayonunda ümumi sahəsi 30 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün taxta üzlüyü, içərisinə yığılan 15 ədəd pəncərə çərçivəsinin 7 ədədi və əşyalar yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.