Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Z.Bünyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ZİL” markalı qaldırıcı kranda baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin hidravlik nasosu yanıb, avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.