Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə Baş Prokurorluqdan AÇIQLAMA

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb. Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilmişdir.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, iş materiallarında hər hansı bir ziddiyyətli hal mövcud deyil.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir.