!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlandı - YENİLƏNDİ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

“Unikal”ın əldə etdiyi məlumata görə, sabiq baş pediatrın intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.

***

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb.

Məktub istintaq orqanı tərəfindən götürülüb.

***

14:30

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb:

“1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv