Mərkəzi Seçki Komissiyası (MSK) avtomobil qəzasında həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərar verib.
Yenicag.az xəbər verir ki, bu barədə Komissiyasının bu gün keçirilən iclasında müvafiq qərar müzakirəyə çıxarılıb.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Nəsiman Qara oğlu Yaqublunun namizədliyi qeydə alınıb və bülletenlərdə adı çap edilib, dairə seçki komissiyalarına təqdim edilib.
O bildirib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Yaqublunun vəfatı ilə bağlı məlumat seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməlidir: “O yol qəzasında vəfat edib. Bununla əlaqədar atılmalı addımlar var. Seçki bülletenləri hazırda DSK-lara təqdim edilib. Seçki Məcəlləsinin tələbinə əsasən, bəzi namizədlər çıxdıqda və ya namizədliyi ləğv edildikdə həmin məlumatlar seçki məntəqələrinin müvafiq lövhəsində yerləşdirilir. Nəsiman Qara oğlu Yaqublunun vəfat etməsi barədə məlumat da seçki lövhələrində yerləşdiriləcək”.