“White Gallery”-də gənc rəssam Çinarə Quliyevanın “Sevginin kölgəsi” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Milli Məcilisin deputatları, dövlət rəsmiləri, tanınmış rəssamlar və mətbuat nümayəndələri iştirak edib.
Sərgidə İmaməddin Nəsiminin yaradıcılığına xarakterik olan mövzu və obrazları əks etdirən rəsm əsərlərinə geniş yer verilib. Tədbir Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması münasibətiylə təşkil olunub və sərginin keçirilməsində məqsəd Nəsimi irsi gənclər arasında təbliğ etməkdir.
Sərgidə abstrak, klassik, milli və realizim üslublarında, Renbrant texnikasından istifadə olunan, yağlı boya və akrillə işlənən əsərlər yer alıb.
“Sevginin kölgəsi”ndə Nəsimi yaradıcılığı ilə yanaşı digər mövzulara da müraciət olunub.
Tədbiri açılış sözü ilə başlayan gənc rəssam, gələn qonaqlara təşəkkür edib və sərgidən zövq alacaqlarına ümid etdiyini bildirərək, rəssamlıq fəaliyyəti və sərgi haqqında qısa fikirlərini bölüşüb.
Daha sonra millət vəkilləri, rəssamlar və digər ictimai xadimlər çıxış edərək gənc rəssama uğurlar arzu edib.
Qeyd edək ki, gənc olmasına baxmayaraq, Çinarə Quliyeva bir sıra möhtəbər yarışmaların qalibi və mükafatçısı olmağı bacarıb.
Sərgi 9-11 mart tarixlərində davam edəcək.