!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi məktəbliləri “Dərvişin qeydləri” adlı filmini izləyiblər-Fotolar

!Reklam – Yazi

Nəsimi məktəbliləri Nizami Kino Mərkəzinində rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filmini izləmişlər

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları təşkil olunmuşdur.

İyul ayının 4-də uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir. Seans zamanı uşaqlara pulsuz meyvə şirəsi və popkorn verilmişdir. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva bildirdi ki, yay tətili günlərində uşaqların pulsuz filmlərə baxması və muzeylərə ekskursiyaları təşkil olunması davam edəcəkdir.

Bu kimi tədbirlərin keçirilməsi valideynlərin ürəyindən olmuş, onlar bu təşəbbüsə görə öz dərin minnətdarlıqlarını bildirmişlər.

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv