Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nəsimi məktəbliləri Lənkəran-Masallı-Astara rayonlarına yola düşdülər

Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 11-14 noyabr 2017-ci ildə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nəfər məktəbli şagird Lənkəran-Masallı-Astara rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

Yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində 11 noyabrda Nəsimi rayonundan olan məktəblilərin yola salınma mərasimi keçirilmişdir.

Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər.

Yola salma mərasimində çıxış edən valideyinlər və məktəblilər məktəblilərə – uşaqlara göstərilən xüxusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.

 

www.yenicag.az

1226
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM