!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi məktəblilərinin “Sərhədçi” yay düşərgəsindəki istirahəti başa çatıb

!Reklam – Yazi

Bizim gələcəyimiz olan gənc nəslin yay istirahətlərinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda, “Laza” sərhəd zastavasının bazasında məktəblilərin “Sərhədçi” yay düşərgəsində təşkil olunmuş istirahəti başa çatmışdır.

Nəsimi rayonunun Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı və imkansız ailələrin uşaqları, əlillərin övladları, təhsildə və idmanda fərqlənən şagirdlər, ümumilikdə 100 nəfərdən çox yeniyetmə üçün Qəbələ rayonunun mənzərəli və səfalı guşəsində yerləşən “Laza” sərhəd zastavasının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü, ödənişsiz «Sərhədçi» yay istirahət düşərgəsində 10 gün ərzində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar düşərgədə təntənəli bağlanış mərasimi keçirilmişdir.

İyul ayının 13-də məktəblilər Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsi – “Laza” sərhəd zastavasında yaradılmış yay düşərgəsinə yola düşmüşlər. Sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət şəraiti, silah və texnika ilə yaxından tanış olması, onlarda sərhədçi peşəsinə marağın daha da artırılması olmuşdur.

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər keçirilmiş və həmçinin müxtəlif filmlər nümayiş etdirilmişdir. Qəbələ rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunmuşdur. Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitələrin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və ələxsus düşərgədəki məşğələlərin Dövlət Sərhəd Xidmətinin nizamnaməsinə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı, səmərəli və yaddaqalan etmişdir.

İstirahətin sonuncu günündə düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə “Sərhədçi” vokal-instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin düşərgədə istirahət edən uşaqların, müəllimlərin, Dövlət Sərhəd Xidmətçilərin və Bakıdan gəlmiş qonaqların birgə ifası ilə başlanmışdır. Bağlanış mərasimində yeniyetmələr öz məharətlərini ifa etdikləri mahnılar və rəqslərlə nümayiş etdirmiş, “Sərhədçi” vokal-instrumental ansamblı solistlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov qonaqlar, yeniyetmələr və sərhəd xidmətçiləri qarşısında çıxış edərək keçirilən layihənin əhəmiyyətini vurğulamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər və həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Azad Ələkbərov düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhundə tərbiyəsi istiqamətində belə düşərgələrin rolunun çox yüksək olduğunu bildirmişdi.

Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər.

Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə hədiyyələri və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmiş, konsert proqramı təşkil olunmuşdur.

«Sərhədçi» yay istirahət düşərgəsində 10 gün ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirəsində silinməz izlər buraxmışdır. Onlar burada yeni-yeni dostlar qazanmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv