Nəsimi rayon gəncləri Qubada – FOTO

Bu gün ölkəmizdə yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək, ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi sahələrində islahatlar daha da sürətləndirilib. Həyata keçirilən tədbirlər iqtisadi potensialın artmasına, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına şərait yaratmışdır.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq müasir istehsal və emal müəssisələri istifadəyə verilmiş, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi və tətbiqinə şərait yaradılmışdır.

Sahibkarlığın inkişafına yönəlmiş silsilə tədbirlərin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gənclərinin bir qrupunun Quba rayonuna səfəri təşkil olunmuşdur. Nəsimi rayon gəncləri ilk növbədə Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun meyvə bağları ilə tanış oldular.

Burada Elmi Tədqiqat İnstitutunun fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, bu gün ölkədə aqrar sektorda həyata keçirilən islahatlar ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaratmışdır. Sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchizatı da həyata keçirilmişdir. Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyindən bəhrələnərək müasir istixana kompleksinin yaradılması sahəsində əhalinin tərəvəz məhsullarına olan tələbatını ödəmək və ixrac imkanlarımız artmaqdadır.

Nəsimi rayon gənclərinin “Qədim Quba” Xalçaçılıq Mərkəzinin işi ilə tanışlığı zaman müəssisədə bildirmişdilər ki, bu müəssisə sahibkarlıq subyekti kimi fəaliyyət göstərməklə yanaşı, qədim xalq sənətinin yaşadılması, onun sirlərinin gənc nəslə öyrədilməsində də vacib rol oynayır. Respublikamızda sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait, əlverişli biznes və investisiya mühiti yaradılıb.

Sahibkarlar istehsal prosesində ən müasir texnologiyaların tətbiqinə və keyfiyyətli xammaldan istifadəyə xüsusi diqqət yetirirlər.
Daha sonra gənclər Pirvahid kəndli fermer təsərrüfatı ilə yaxından tanış oldular. Fermer təsərrüfatı ilə tanış olarkən bildirilmişdir ki, sahibkarlarımız aqrar sahənin inkişafına da öz töhfələrini verirlər. Torpaq mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilməsi, bu sahədə çalışanlara bir sıra güzəştlərin tətbiq olunması, subsidiyaların verilməsi, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi öz nəticəsini göstərmiş, məhsul bolluğu yaranmışdır.

Səfər zamanı gəncləri maraqlandıran suallar sahibkarlar tərəfindən cavablandırılmış və onlara müvafiq tövsiyyələr verilmişdir.

COP29