Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda – FOTO

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov S.Rüstəm küçəsi 35 ünvanda sakinlərin müraciətlərini dinləmişdir. Ətraf ərazilərdə yaşayan sakinlər də rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

Sakinlərdən Zenfira Tağızadə, Manafov Tahir, Daşdəmirova Gülnarə, Şirinova Mahizər, Səfərli Ülkər və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, köhnə, yöntəmsiz tikililərdən ibarət məhəllələrin yenidənqurulması barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur. Ölkə başçısının əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanmışdır.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.