Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəsimi rayon ictimaiyyəti Gənc Tamaşaçılar Teatrında

Nəsimi rayonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Növbəti tədbir fevral ayının 23-də Gənc Tamaşaçılar Teatrında təşkil edilmişdir.

Tədbirdən əvvəl Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və qonaqlar 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin dərnək üzvlərinin Xocalı faciəsini əks etdirən rəsm əsərlərinin sərgisinə baxış keçirtmişdilər.
Daha sonra Sevinc Elsevərin Xocalı faciəsindən bəhs edən “Arzu və Murad”adlı tamaşasına Nəsimi rayon ictimaiyyətinin baxışı keçirilmişdir. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş

“Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.
Gənc Tamaşaçılar Teatrının “Arzu və Murad” tamaşası Nəsimi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Yeniçağ.az

www.yenicag.az

481