Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Nəsimi rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Naxçıvana yollandı - FOTOLAR

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2019-cu ilin 15-18 mart tarixlərində “Ölkəmizi tanıyaq” devizi altında məktəblilərin Naxçıvan Muxtar Respublikasına növbəti maarifləndirici tur-aksiyası təşkil olunub.

Yenicag.az xəbər verir ki, proqrama əsasən Bakı şəhər məktəbliləri Naxçıvan Muxtar Respublikasının görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əbədi həkk olunacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunda şagirdləri yola salan Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və Nəsimi rayonu 3 Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin konsert proqramı onlarda xoş əhval-ruhiyyə yaradıb.

Daha sonra Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gələn 180 nəfər məktəblinin qarşılanma mərasimi keçirilib. Qarşılanma mərasimində Nəsimi rayonu 2 saylı Uşaq Gənclər Inkişaf Mərkəzinin rəqs kollektivinin, “Amarok” rəqs qrupunun rəngarəng milli rəqsləri və Nurayın ifasında şən mahnılar qonaqlarda xoş təəssürat yaratmışdır. Bahar qızı, Kosa və Keçəl Naxçıvandan gələn məktəblilərlə yumurta döyüşdürüb, Novruz şirniyyatlarına qonaq ediblər.

www.yenicag.az

2850
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM