Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nəsimi rayon məktəbliləri üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilib

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş, təhsildə və idmanda fərqlənən uğaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilir. Nəsimi ayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə vətənpərvərlik hisslərinin və dünyagörüşlərinin daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.

Nəsimi rayonundakı orta məktəblərin şagirdləri üçün Quba şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil olunmuşdur.

Nəsimi Rayon İcra Hakimiyyətində “Gənc İlhamçılar” yay istirahət düşərgəsində istirahət edəcək uşaqlar , onların valideynləri və məktəb rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirakçıları salamlamış, ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Quba şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi yaradılmışdır. Bu düşərgədə 200 nəfər Nəsimi rayon məktəblisi dincələcəkdir. Yay istirahət düşərgəsində məktəblilərin mənalı istirahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli, musiqili tədbirlər keçiriləcək, video proyektor vasitəsi ilə açıq səma altında Azərbaycan filmləri nümayiş etdiriləcək, Quba rayonunun gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunacaqdır.

Görüşdə iştirak edən valideynlər və istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və ya ddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Görüşdən sonra xatirə şəkli çəkilmişdir.

Yenicag.az

www.yenicag.az

694