!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonu üzrə qalib seçilən 30 gəncə diplomlar təqdim olundu

!Reklam – Yazi

unnamedGənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailərinin üzvləri ilə görüşlərinin təşkili” layihəsinə 5-ci tədbiri saat 11.00-da “Premier Expo” otelində keçirilib.
Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinintəbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.

Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə inşa müsabiqəsi keçirilib.
Tədbirdəinşa müsabiqəsində Bakı şəhərinin Nəsimi rayonu üzrə qalib seçilən 30 gəncə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin əməkdaşı Heydərov Lətif, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzinin hərbi vətənpərvərlik və çağırışadək hazırlıq şöbəsinin müdiri Rahib Bayramov, Şirinova Aidə 733 № Hərbi hissənin komandir müavini, 5 saylı məktəb şağirdi Əli Ziya

“Gənclərin Tənhalara Dayaq İctimai Birliyi”nin sədri Xoşbəxt Seyidova çıxış edərək layihə haqqında məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar, yeniyetmə və gənclərin vətənə olan sevgilərini daha da gücləndirəcəkdir.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev çıxış edərək bildirdi ki, vətənpərvərlik şəxsiyyəti səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğu üçün onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və xüsusilə təhsil müəssisələrində təbliğ olunması xalqımızın gələcəyi üçün həyati önəm daşıyır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin əməkdaşı Heydərov Lətif isə vurğuladı ki, Azərbaycanda da gənclərin milli mənlik şürunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində lazımı tədbirlər görülür, müvafiq addımlar atılır. İstər bu istiqamətdə qanunvericlik bazasının formalaşdırılması, vaxtı ilə qəbul edilən qanunların təkmilləşdirilməsi, istərsə də gənclər arasında maarifləndirici xarakter daşıyan işlərin görülməsini bu sıraya aid etmək olar.

Şirinova Aidə 733 № Hərbi hissənin komandir müavini çıxış edərək dedi ki, vətənpərvərlik və milli iftixar hisslərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının milli maraqlarının vacib hissəsidir.

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv