Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Nəsimi Rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafına dair yekun tədbir keçirildi - FOTO

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasında qarşıya qoyulmuş vəzifələr müzakirə olunub, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edilib.

Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsğərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və  ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif  Əsgərov 2018-ci  ildə sosial-iqtisadi inkişafın əsas göstəricilərini şərh edib, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların  Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı paytaxtın mərkəzi
rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham Əliyevin və  Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın  rayona hər gəlişi nəsimililərin həyatında əlamətdar hadisəyə çevrilmişdir. Rayon üzrə iqtisadiyyatın bütün sahələrində mövcud olan artım dinamikası saxlanılmış, 8306 yeni daimi iş yeri açılmış, orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 6,1  % artaraq, 652,1 manat təşkil etmişdir.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti  müəssisələrinin işi daim RİH-in nəzarətində saxlanılıb, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilib. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Ötən tədris ilində rayonun orta məktəblərini 1561 nəfər bitirmiş, onlardan   6 məzun qızıl medala layiq görülmüş, 1083 məzun tələbə adını qazanmışdır. Məzunlardan 23 nəfəri 650-dən çox, 2 nəfəri isə 700 bal toplamış, 261-i xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq  bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılıblar. Vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri daim diqqət mərkəzində saxlanılıb.

Hesabat göstəricilərinə yekun vuran  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısi qeyd etdi ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaradıb.

Azərbaycan Dillər Universitetinin pektoru, akademik Kamal Abdullayev, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı və Bakı “Dağ Yəhudiləri”nin dini icmasının rəhbəri Milix Yevdayev çıxış edərək rayonda
görülmüş işləri yüksək qiymətləndirdilər, qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdılar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev yığıncaqda çıxış edərək, 2019-cu ildə Nəsimililərə daha böyük uğurlar arzulayıb.

Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olunub.

Yekun hesabatda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən  yubilyarlara Nəsimi rayon İcra Hakimiyyətinin in xatirə hədiyyələri təqdim olunub.

www.yenicag.az

1171
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM