!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonunda “Aprel döyüşləri dərsləri”nə başlanıldı – Fotolar

!Reklam – Yazi

Aprel döyüşləri – hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir. Növbəti tədbir Nəsimi rayon məktəblilərinin iştirakı ilə “Aprel döyüşləri dərslərinə” start verilmişdir.Tədbirdə rayon məktəbliləri ilə birlikdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin iştirakçıları Ramal İbrahimov, polkovnik leytenantlar Eldəniz Sadıqov, Vüqar Mirzəyev, Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Elşən Uluxanlı, və digər qonaqlar iştirak edirdilər.
Tədbir Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışmışdır. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Bildirmişdir ki, Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümündə iştirak etmiş hərbi qulluqçularla görüşünün əhəmiyyətindən danışmış, Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hospitallarda, xəstəxanalarda yaralanmış, xəsarət almış əsgərlərimizə baş çəkməsinin əsgərlərimizə olan diqqət və qayğının bariz nümunəsi olduğunu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aprel hadisələrində yaralanmış bir qrup əsgər və zabitlərlə görüşü və bu döyüşlərdə yaralanmış hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olduğunu bildirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatı Silahlı Qüvvələrin Ali Baş Komandanının orduda həyata keçirdiyi islahatlar nəticəsində mümkün olub. Döyüşlərdən bir neçə gün sonra Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfər etməsi, əhali ilə görüşməsi, dağıdılmış evlərin bərpası istiqamətində verilən tapşırıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib.
151 saylı məktəbin tarix müəllimi Murad İsmayılovun təqdimatında Aprel döyüşləri dərsinə başlanıldı. M.İsmayılov hazırladığı slaytla Qarabağ müharibəsi və Aprel döyüşləri haqqında məktəblilərə məlumat vermişdi.

Aprel döyüşlərinin iştirakçısı kapitan Ramal İbrahimov 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat verdi.
Aprel döyüşlərinin iştirakçıları polkovnik leytenant Eldəniz Sadıqov və polkovnik leytenant Vüqar Mirzəyev bildirdilər ki, dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu tərəfindən Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən tam azad etdi.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev bildirdi ki, Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır.

Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirdi ki, Azərbaycan əsgərləri işğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Çünki Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur.
Aprel döyüşləri dərsində iştirak edən Nəsimi rayon məktəbliləri bildirdilər ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.

Yeniçağ.az

www.yenicag.az

1351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv