!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonunda atəşfəşanlıq: 10 milyon olmağımız belə qeyd edildi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nəsimi rayonunda sisilə tədbirlər keçirilib.

Yenicag.az xəbər verir ki, 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə keçirilən ağacəkmə kompaniyası başa çatdıqdan sonra rayonun Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda konsert proqramı təşkil edilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə rayonun 200-dən artıq orta məktəb şagirdləri və gənclərinin iştirakı ilə “10 milyon” fləşmobu nümayiş etdirilib. Fləşmob gənclərin, məktəblilərin və parkda istirahət edənlərin böyük marağına səbəb olub.

Sonra rəngarəng şarlar havaya buraxılıb. Tanınmış müğənnilər, incəsənət ustaları və rayonda fəaliyyət göstərən 2, 3 və 5 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə hazırlanmış “Qədəmlərin uğurlu olsun” tortu iştirakçıların alqış sədaları altında tədbirin ən yaşlı və ən gənc iştirakçısı tərəfindən kəsilib.

Rayon sakinləri 10 milyonuncu sakinin şərəfinə keçirilən atəşfəşanlığa maraqla tamaşa ediblər.

www.yenicag.az

5432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv