!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonunda “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Yenicag.az xəbər verir ki, bu tarixi nəzərə alaraq, əldə edilən nailiyyətlərimizi, habelə qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirmək məqsədilə hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan olunub.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Təbəssüm” Uşaq Musiqili Teatrının tədbiri keçirilib.

Tədbirdə “Təbəssüm”ün rəqs qrupları rəngarəng milli, müasir və dünya xalqlarının rəqslərini və maraqlı səhnəcikləri tamaşaçılara təqdim ediblər. Bir -birindən baxımlı rəqslər öz gözəlliyi  və uşaqların rəngarəng geyimləri ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nəsimi rayon İcra Hakimiyyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə çıxış edərək “Təbəssüm”ün kollektivini təbrik edib və istedadlı məktəblilərə uğurlar arzulayaraq, ölkəmizdə uşaq hüquqları,  onların  hüquqlarının müdafiəsi və qorunması  barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə  iştirak edən bütün iştirakçılar diplomlarla təltif olunub.

www.yenicag.az

1179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv