Nəsimi rayonunda mənzildə meyit tapıldı

Nəsimidə mənzildə meyit tapılıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan müraciətə əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Fagimat Kalimulinanın meyitini aidiyyəti üzrə təhvil veriblər.​

COP29