Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Nəsimi rayonunda müşavirə keçirildi - FOTO

Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

Yenicag.az xəbər verir ki, Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərindən danışaraq, rayonda sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanıldığını bildirib.

Qeyd olundu ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki müxtəlif MTK-lara məxsus bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı yaranan bir sıra çatışmazlıqlar mövcuddur.

Bildirildi ki, bayram günlərində rayonun sanitar-təmizlik vəziyyəti ciddi nəzarətdə saxlanılmışdır. Rayon ərazisindəki parklarda, mövcud yaşıllıqlarda sanitar-təmizlik işlərinin nəzarətdə saxlanılması, mövcud yaşıllıqlara qulluq göstərilməsi, yollarda və səkilərdəki abadlıq işlərinin başa çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar təmizlik aylığının keçirilməsi və Nəsimi rayonunun da bu təşəbbüsə qoşulduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə çıxış edənlər-Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yahyayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı MKTB-nin 70 saylı MKİS-in rəisi Fərhad Nagıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyev görülmüş işlər barədə məlumat verərək bir sıra təkliflər irəli sürdülər.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon ərazisində gün ərzində reydlərin keçirilməsi, çatışmamazlıqların dərhal və operativ aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, ayrı-ayrı xidmətlər tərəfindən aparılan qazıntı işlərindən sonra bərpa işlərinin diqqət mərkəzində saxlanılması, yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar rayon ərazisində həyata keçirilən abadlıq, quruculuq və yaşıllaşdırma işlərinin davam etdirilməsinin vacibliyini bildirərək, sanitar-təmzilik işlərinin daim nəzarətdə saxlanılması üçün aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

www.yenicag.az

9401