!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonunda müşavirə keçirilib FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirədə rayonun müəssisə və təşkilatlarının,yerli strukturlarının,xidmət sahələrinin, təhsil və səhiyyə ocaqlarının rəhbərləri,işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak etmişlər. Müşavirəni Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açmış və qeyd etmişdir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən olmuşdur və hazırda bu sahədə qətiyyətli addımlar atılır.

Ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin aradan qaldırılmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev də bu xətti uğurla davam etdirir. Bu istiqamətdə həyata keçirilən düşünülmüş dövlət siyasəti, isti ocaqlarından didərgin salınmış soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində artıq bu qəbildən olan insanlar hər cür infrastruktura malik mənzillərlə təmin olunmuşdur.

Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması xalqımızı hər an narahat edən bu məsələ dövlət siyasətinin əsasını təşkil edir. 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələnin dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri olduğunu bildirmiş və qeyd etmişdir ki, bunu qısa zamanda tam gücümüzlə həll etmək üçün birgə çalışmalıyıq: “Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir” .2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.

Müşavirədə Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Nəsimi rayonu sektorunun müdiri Bəyverdi Novruzov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Nəsimi rayon üzrə nümayəndəsi Nizami Musayev, Xocalı rayon İcra Hakimiyyətinin Nəsimi rayon üzrə nümayəndəsi Sahibə Şahmuradova çıxış edərək məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azəbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dərin minnətdarlıqlarını bildirdilər.Məcburi köçkünlərin sıx məskunlaşdığı Azərbaycan Tibb Universitetinin təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev və 3 saylı Peşə məktəbinin direktoru Sabir Əliyev çıxış edərək yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin mənzil – məişət şəraitləri barədə geniş məlumat verərək görülmüş işlər barədə müşavirə iştirakçilarını məlumatlandırdılar.

Rayon Məşğulluq Mərkəzi tərəfindən rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin Dövlət Proqramının tələblərinə uyğun olaraq işlə təmin olunması istiqamətində ardıcıl həyata keçirilən tədbirlərdən danışılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

5 və 20 saylı çəhər poliklinikalarının baş həkimləri – Leyla Şərifova və Tamerlan İsmayılov çıxış edərək rayon ərazisində məskunlaşmış məcburi köçkünlərə göstərilən tibbi xidmət barədə məlumat verərək görülən işlərin gələcəkdə də davam etdiriləcəyini bildirdilər. Daha sonra müşavirədə səslənən məsələlər ətrafında müzakirələr aparılmış və təkliflər irəli sürülmüşdür.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müşavirəyə yekun vuraraq aidiyyəti qurumlara və şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verdi.

Yeniçağ.az

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv