Reklam

Nəsimi rayonunda şagirdlər konsert verib

Reklam

Mart ayının 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonu H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilmişdir.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov musiqi məktəbinin şagirdlərini və müəllimlərini konsetrlə bağlı təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları diləmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın musiqi ilə məşgul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qaygıdan danışaraq bildirmişdir ki, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Qeyd etmişdir ki, ümumiyyətlə Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir.

Nəsimi rayonu H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmova məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişdir.

Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Əməkdar artist Fuad İbrahimovun müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər. Məktəbin şagirdləri Xuraman Quliyeva (fortepiano), Sadəddin Cumayev (fleyta), Əli Əlizadə (fleyta), Kənan Abbaszadə (klarnet), Amin Əliyev (balaban), Həmid Süleymanzadə (tar), Ayan Hacıyeva (fortepiano), İlkin Əliyev (fleyta), Leyla Mahmudova (fortepiano) və Əliheydər Məmmədzadənin (fortepiano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."