Nəsimi rayonunda “Yaşa Azərbaycan” adlı tədbir keçirilib

Nəsimi rayonu 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir.

28 may Respublika Günü münasibəti ilə Nəsimi rayonunun tam orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə məktəblərdə divar qəzetləri buraxılmış, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri , təqdimatlar təşkil edilir, kompozisiya və bayram tədbirləri keçirilir.

26 may 2017-ci il tarixdə 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil edilmişdir. Bayram tədbirində məktəblilər şerlər söyləmiş, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etmişlər.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva və məktəbin direktoru Aytən Baxşıyeva 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü – istiqlaliyyət tarixindən danışmış və məktəbliləri hər bir azərbaycanlının qürurla qeyd etdiyi 28 may Respublika günü münasibəti ilə təbrik etmişdirlər.

Yenicag.az

COP29