!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimi rayonunda yeni Loqistika mərkəzi – Yaşıl market istifadəyə verildi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı sosial-iqtisadi inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramları və layihələr həyata keçirilməkdədir.

Ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması qarşıda duran prioritet vəzifələrdəndir.

” 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Nəsimi rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə loqistika mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.

Proqrama uyğun olaraq 1,6 ha sahədə yerləşən bu nəhəng mərkəzin tikintisinə 2014-cü ildə başlanmışdır.

Novruz bayramı günündə Nəsimi rayonunda yeni Yaşıl market sakinlərin istifadəsinə verildi. Yaşıl marketdə 1500 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Yeni istifadəyə verilmiş Yaşıl marketdə 1000 ədəd piştaxta, 28 ədəd müasir tipli mağaza, 5 soyuducu kamera, 200 avtomobil üçün dayanacaq sahəsi mövcuddur.Mərkəzin açılışında Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov, İqtisadiyat naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Sahibkarlığa Kömək Milli fondunun icraçı direktoru Şirzad Abdullayev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak etmişlər. Qonaqlar geniş ərazidə yerləşən açıq və bağlı satış məntəqələrini gəzmiş, ayrı-ayrı pavilionlarla tanış olaraq alıcılarla söhbətlər etmişlər. Pavilionlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan müxtəlif çeşiddə kənd təsərrüfatı, ərzaq və qida məhsullarının satışı təşkil olunmuşdur. Mərkəzdə həmçinin məhsulların topdan satışının təşkili üçün sərgi pavilionu mövcuddur. Açılış mərasimi Novruz bayramına məxsus tərtibatla bəzədilmiş və əyləncəli bayram konseti təşkil olunmuşdur. Yaşıl marketin açılışında iştirak edən sakinlər əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş bu tədbirə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Bayram əhval ruhiyyəsi ilə Mərkəzə gələnlər qiymətlərin münasib olduğuna görə razılıqlarını bildirmiş və bayram alış verişi etmişlər.





www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv