Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdül

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahətlərinin maraqlı və yaddaqalan keçirilməsinin təşkili ilə bağlı silsilə tədbirlər davam edir.

Növbəti tədbir olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi olan Şəki şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.

24 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin yay istirahətlərinin səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Şəki şəhərinə yola salınma mərasimi təşkil olunmuşdur. Şəki şəhərində yaradılmış yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 100 nəfər yeniyetmə-məktəbli yola salınmışdır.

Düşərgəyə yola salınan məktəblilərin onların valideynlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təşkil olunan yolasalma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulamışdır. Bildirilmişdir ki, düşərgənin fəaliyyəti Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olacaq, burada uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Şəki şəhərində yaradılmış “Gənc İlhamçılar” düşərgəsinin təşkilati işləri həyata keçirilmiş, istirahətə göndərilən uşaqların və onların valideynlərinin, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüşü keçirilmiş düşərgədə istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.
Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət günlərində şagirdlərin Şəki şəhərinin görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil ediləcək.

Məktəbli yeniyetmələr böyük sevinclə avtobuslarla Şəki şəhərinə yola düşmüşlər.

Yola düşməzdən əvvəl “Gənc İlhamçılar” Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzmüşlər.

Yenicag.az

www.yenicag.az

366