Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəsimidə Ahıllar günü qeyd edilib-Foto

unnamed1 Oktyabr Beynəlxalq Ahıllar günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları və Ağsaqqallar Şuraları və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülmüşdür.

Əlamətdar günlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu – ümumilikdə 150 nəfərin iştirakı ilə görüş keçirilmişdir. Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycandakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardağı uğurlu siyasət nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məğləği dəfələrlə qaldırılmışdır. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulmuşdur.

Bu gün Nəsimi rayonunda əhalinin 16 min nəfərinin yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 269 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 25 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir
Asif Əsgərov rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışmış və bildirmişdir ki, bu işlərin həyata keçirilməsində yaşlı nəsil nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə böyük ehtiyac vardır.
Çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində gördüyü işlərdə uğurlar arzulamışlar.

Görüşdə iştirak edən ahıllara RİH tərəfindən hədiyyələr və maddi yardımlar təqdim təqdim edilmişdir.

 

www.yenicag.az

746