!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimidə əhalinin tibbi müayinəsi daavam edir-Fotolar

!Reklam – Yazi

????????????????????????????????????

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.

Ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.

Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.

Nəsimi rayonunda yerləşən 5 saylı şəhər poliklinikasında da sakinlərin tibbi müayinəsi davam edir. Belə ki, poliklinikada əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılmış, poliklinika lazımi dərman preparatları ilə təchiz olunmuş, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. 5 saylı şəhər poliklinikasının səyyar həkim briqadası “Bakı Tikiş Evi” ASC-də olmuş, burada 200-dən artıq əməkdaş tibbi müayinədən keçmişlər.

Poliklinikanın həkimləri xidmət göstərdikləri ərazidə yaşayan yaşlı, veteran və yataq xəstələrini evlərində ziyarət edib, onların sağlamlıqları üçün tibbi xidmət göstərirlər. Bu gün həkimlər Nəsimi rayon sakini 1913-cü il təvəllüdlü Allahverdiyeva Gülarə İbrahim qızının evində olmuş, ona tibbi müəyinə xidməti göstərilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva bildirmişdir ki, rayonda gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Fevralın 15-dən etibarən artıq rayon üzrə 66000-dən çox nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur.

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinlər onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

www.yenicag.az

893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv