!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimidə “Vətən torpağı əzizdir mənə” mövzusunda tədbir keçirilib

!Reklam – Yazi

Əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və siniflərin aylıq divar qəzetləri nümayiş etdirilmişdir. Tədbir dövlət himni ilə başlanılmış və məktəbin şagirdləri – Səmədzadə Samir, Sadıqova Mədinə, Səmədzadə Jalə, Səfərova Aydan, Qafarlı Murad və Qasımova Dilarə vətənpərvərlik mövzusunda şerlər səsləndirmişlər.

Məktəbin şagirdi İsa Abdullazadənin ifasında “Azərbaycan” mahnısı səsləndirilmiş və rəqs qrupu iştirak etmişdir. Sonra Zabitlər Evinin əməkdaşları- Leyla Qəhrəmanova, Elçin Məmmədov və Vüsal Ağayevin ifa etdikləri “Dahi insan” və “Azərbaycan” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Tədbirdə 15 iyun- “Milli Qurtuluş Günü” ilə bağlı slayd və Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilmişdir.

Tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək bildirdi ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə böyük siyasətə qayıdışı Azərbaycan tarixində yeni eranın bünövrəsini qoydu. Respublikamızda müstəqilliyin yenidən bərpa edilməsinin ilk günlərindən başlayaraq, ölkədə hərc-mərclik, dərəbəylik hökm sürür, xarici dövlətlərin xüsusi xidmət orqanları Azərbaycanda istədikləri sahələrə nüfuz edir, respublikanı parçalamağa cəhd göstərirdilər. Müstəqil dövlət kimi öz xarici siyasətini, iqtisadiyyatını qurmaqda bir sıra problemlərlə qarşılaşmış Azərbaycan Respublikası xüsusilə 1991-ci ilin sonları, 1992-ci ilin birinci yarısına qədər hələ də Moskvanın ətəyindən əlini üzməmiş rəhbərlərin acizliyi və ölkədə yaranmış xaosu, idarəetmədəki boşluğu aradan qaldıra bilməməsi ucbatından bir-birini əvəzləyən bəlalarla üzləşirdi.

Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev cəmi bir neçə ay ərzində artıq müstəqilliyini itirmək, vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycan Respublikasını və onun dövlətçiliyini xilas etdi. Heydər Əliyev bir daha sübuta yetirdi ki, azərbaycançılıq ideyası separatizmdə yox, respublikamızdakı bütün etnos və etnik qrupların vahid ailə olduqlarını dərk etdiyi zaman yaşaya bilər və bu ideya Azərbaycan xalqının milli təhlükəsizliyinə ən etibarlı təminatdır.

Heydər Əliyev zəkasının şah əsəri olan Azərbaycan bu gün dünyanın sayılıb- seçilən dövlətlərindən biri, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu dövlətin dahi qurucusu Heydər Əliyevin özü isə milli dövlətçiliyimizin mənəvi atasıdır.
Dahi rəhbər özündən sonra möhtəşəm bir məktəb qoyub. Bu gün Azərbaycan dövlətinin sükanı arxasında dayanan hörmətli Prezidentimiz cənab İlham Əliyev dahi Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, layiqli davamçısıdır. Hörmətli Prezidentimiz dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni işıqlı gələcəyə aparan yeganə düzgün yoldur, iqtisadi inkişaf, sabitlik, əbədi müstəqillik yoludur.

Bu gün müstəqil Azərbaycana enerjili, intellektual, vətənpərvər, ən əsası isə Heydər Əliyev kimi titanik və dahi bir şəxsiyyətin ocağının istisində böyümüş, ərsəyə gəlmiş bir şəxsiyyətin- Prezident İlham Əliyevin rəhbərlik etməsi xalqımızın alın yazısıdır. Tanrı onun üzərinə tarixi bir missiya qoymuş, müdrik xalqımız ona olduqca çətin və şərəfli bir vəzifəni etibar etmişdir. Elə bir vəzifəni ki, bugünümüz və sabahımız yalnız və yalnız ondan asılıdır. Bu baxımdan Azərbaycan xalqı öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Bütün sahələrdə dinamik inkişaf, işgüzarlıq müşahidə edilir. Yorulmadan xalqın maraq və mənafeləri, firəvan yaşayışı, təhlükəsizliyi uğrunda mübarizə aparan liderin- Prezident İlham Əliyevin Heydər Əliyev dövlətçilik irsini uğurla davam etdirəcəyi danılmaz həqiqətdir.

www.yenicag.az

1130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv