!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimidə “Vətəndaşların müraciətləri haqqında” qanun müzakirə olunub – Fotolar

!Reklam – Yazi

????????????????????????????????????

«Vətəndaşların müraciətlərinə maksimum diqqət göstərilməsi Nəsimi Rayon İcra Hakimiyyətində ümdə vəzifədir»

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyətində geniş müzakirə olunmuşdur. Yığıncaqda rayon İcra Hakimiyyətinin, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, mərkəzi icra orqanlarının yerli strukturlarının rəhbərləri və dövlət qulluqçuları, bələdiyyə qulluqçuları, rayon kommunal və xidmət sahələrinin nümayəndələri iştirak etmişdir. Yığıncağa sədrlik edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, Azərbaycan xalqının rifahının artırılmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə yönəlmiş çoxşaxəli tədbirlərin tərkib hissəsi olaraq, yeni imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu qanunvericiliyin təkmilləşdirilməsinin, insanların hüquq və azadlıqlarının təmin edilməsinin bariz nümunəsidir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitutsiya hüquqlarını daha yaxşı təmin etmək müstəqillik illərində formalaşmış qanunvericilik bazası mütəmadi təkmilləşdirilir. Ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlətimizin əsaslarını yaratmaq üçün başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən “Azərbaycan” qəzetində yeni Qanunun əsas müddəalarına şərh verilmiş və vurğulanmışdır ki, yeni Qanunun qəbul edilməsində əsas məqsəd vətəndaş müraciətlərinə baxılmasını tənzimləyən norma və qaydaların 1997-ci ildən sonra qəbul edilmiş digər normativ hüququ aktların tələblərinə uyğunlaşdırılması, eləcə də cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətlərin əks etdirilməsi, ilk növbədə, vətəndaşlara daha yüksək qayğının təmin edilməsi, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyən edilməsi, hər bir dövlət orqanında, müraciətə baxan subyektlərdə bu sahədə məsuliyyətin daha da yüksəlməsidir.
Yığıncaqda çıxış edən struktur bölmələrin rəhbərləri yeni imzalanmış Qanunun həm vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, həm də müraciətlərə baxılması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, ölkə başçısının vətəndaşların müraciətlərinə maksimum diqqət və qayğı göstərilməsi barədə tapşırıqları ilə bağlı üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetiriləcəyini bildirdilər.
Yığıncağın yekununda rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərin müraciətləri əsasında Nəsimi rayonunda abadlıq və quruculuq işlərinin aparıldığını, yaşayış binalarının, məhəllələrin, yolların, park və istirahət yerlərinin, kommunikasiya xəttlərinin əsaslı təmir olunduğunu və yenidən qurulduğunu, vüssət almış bu yeniliklərə görə vətəndaşların Respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirdiklərini, Yeni Qanunun müddəalarından irəli gələn vəzifələrlə bağlı dövlət qulluqçularının, xidmət sahələrində çalışan məsul şəxsələrin məsuliyyətinin artığını, vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin daha da yaxşılaşdırılmasının ümdə vəzifə olduğunu qeyd etdi və aidiyyəti üzrə tapşırıqlar verildi.

 

www.yenicag.az

1357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv