!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nəsimili «Gənc İlhamçılar»ın Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

!Reklam – Yazi

Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən daha bir maraqlı layihə başa çatmışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti başa çatmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edən silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı intellektual oyunlar və debatlar təşkil edilmişdir. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin əyləncəli diskotekalarda istirahətlərini davam etdirmişlər. «Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi və digər maraqlı idman yarışlarında iştirak etmişdilər.

“Gənc İlhamçılar”ın Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, Quba rayon YAP təşkilatına, Quba Olimpiya Mərkəzinə, Qubadakı Soyqırım muzey-kompleksinə, Qırmızı qəsəbəyə ekskursiyaları təşkil olunmuşdur.Düşərgə iştirakçıları Quba şəhərindəki Heydər Əliyev parkını gəzib, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və xatirə fotoşəkilləri çəkdirmişlər. “Gənc İlhamçılar” Heydər Əliyev parkında şamlar vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası və “Gənc İlhamçılar” sözləri yazmışlar.
«Gənc İlhamçılar»ın yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzinin qarşısında təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Nəsimi məktəblilərinin “Ölkəmizi taniyaq” himninin düşərgə uşaqlarının ifası və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” flaşmobu ilə başlanmışdır.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulamış, “Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirmiş, ölkə başçısının yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, Nəsimi rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir.

Düşərgədə iştirahət edən şagirdlər və müəllimlər düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, onların vətənə sevgi və məhəbbət ruhunda tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirərək, bu layihənin davamlı olmasını arzulamışlar.

Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə hədiyyələr və xatirə medalları, həmçinin uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.

Düşərgə uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.

Yenicag.az

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv