Ötən gün dünyasını dəyişən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dəfn edilib.
Yenicag.az xəbər verir ki, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edən tanınmış jurnalist doğulduğu Tovuzun Alakol kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən Beynəlxalq Jurnalistika kafedrasında çalışıb.
Ötən ay BDU-da onun 80 illik yubileyi qeyd edilib.