Nəsrin Cavadzadəyə “ölüm hökmü” oxundu – SƏBƏB\FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Fox TV-də yayımlanan məşhur “Yasak elma” serialından ayrılır.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın serialdan getməsinə rejissorla aralarında yaşanan qalmaqal səbəb olub.

Belə ki, çəkiliş meydançasını tərk edən və daha sonra telefonlarını söndürən Nəzrinə bu addımı baha başa gəlib. Belə ki, baş verənlərdən qəzəblənən serialın prodüseri tərəfindən Nəzrinə “ölüm hökmü” oxunub.

Şahika obrazını canlandıran aktrisa isə qalmaqal barədə susub, sadəcə onu bildirib ki, serialda silahlı hücum nəticəsində öldürüləcək:

“Əfsanələr ölməz. Tamaşaçılar mənim məşhur sözlərimi eşitmədən necə yaşayacaq, bilmirəm?!”

Aktrisa bundan sonra hələlik hansı layihədə iştirak edəcəyini dəqiqləşdirmədiyini bildirib. O, yeni təkliflərə açıq olduğunu vurğulayıb.

Nehru