Netanyahu ABŞ və Fransanın təklifini qəbul etmədi – Baş nazir hücum əmri verdi

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və Fransanın Livanda müvəqqəti atəşkəs çağırışlarına cavab verməyib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının ofisinin açıqlamasında deyilir.

Məlumata görə, baş nazir İsrail ordusuna Livan “Hizbullah” hərəkatına qarşı “tam güclə hərəkətə keçməyi” əmr edib.

“Atəşkəslə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Söhbət baş nazirin belə cavab vermədiyi Amerika-Fransa təklifindən gedir. Şimalda hərbi əməliyyatların yumşaldılmasına dair iddia edilən əmrlə bağlı mesaj da həqiqətə uyğun deyil”, – Netanyahunun ofisi bildirib.

Məlumatda vurğulanır ki, Qəzza zolağında döyüşlər “bütün müharibə məqsədlərinə çatana qədər” davam edəcək.

Rəfi Müslümov

COP29