İsrail Qəzza zolağında müharibənin ortasındadır, lakin digər arenalarda çətinliklərlə bağlı ssenarilərə hazırlaşır.
Yenicag.az xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu Tel-Nof aviabazasına səfəri zamanı F-15 qırıcılarını idarə edən 133-cü eskadrilyanın şəxsi heyəti ilə görüşü zamanı deyib.
Hökumət başçısı bildirib: “Biz Qəzzada tam gücü ilə davam edən müharibənin ortasındayıq. Amma biz başqa arenalarda da çətinliklərlə bağlı ssenarilərə hazırlaşırıq. Biz sadə bir qayda qoymuşuq: kim bizə pislik etsə, biz də zərər verərik. Biz İsrail dövlətinin həm müdafiə, həm də hücum baxımından bütün təhlükəsizlik ehtiyaclarını ödəməyə hazırıq”.