İsrail polisi “Bezeq” telekommunikasiya korporasiyasına qarşı “4 min iş” adlandırılan istintaqın yekunu üzrə ölkənin baş naziri Binyamin Netanyahu və həyat yoldaşına qarşı korrupsiya ittihamı irəli sürülməsini istəyib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, təhqiqatçılar baş nazir və onun həyat yoldaşı, eləcə də “Bezeq” şirkətinin sahibi Şaul Eloviçə qarşı yetərli dəlillər toplamağa nail olub.
Baş nazir Binyamin Netanyahu öz növbəsində buna cavab olaraq sözügedən tövsiyənin “hüquqi qüvvəyə malik olmadığını” bildirib.
“Bundan əvvəl də bənzər iddilar var idi. Lakin səlahiyyətli orqanlar bir sıra ictimai xadimlərə qarşı polisin tövsiyələrini rədd etdi. Əminəm ki, indi də eyni şey təkrarlanacaq. Çünki mənə qarşı iddialar əssasızdır” – deyə İsrail Baş Naziri şəxsi “Twitter” hesabında qeyd edib.