“Açıq şəkildə bildirmək istəyirəm ki, Beyrut da daxil olmaqla Livanın hər yerində “Hizbullah”a hücumu davam etdirəcəyik”.
Yenicag.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Hayfa şəhərindəki “Qolani” təlim bazasına səfəri zamanı deyib.
O, “Hizbullah”ın Hayfa şəhərinin cənubundakı “Qolani” hərbi bazasına etdiyi PUA hücumunda 4 əsgərin həlak olduğunu, 7-si ağır olmaqla 58 əsgərin yaralandığını açıqlayıb.
Livanda isə ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir. Hökumət qaçqınların 430 mindən çoxunun Suriyada məskunlaşdığını açıqlayıb./Qafqazinfo/