Netanyahu: “İranda İsrailin əlinin çata bilməyəcəyi yer yoxdur”

Tehrana bir mesajım var: əgər İran bizə hücum edərsə, biz də onlara hücum edəcəyik.

Yenicag.az xəbər verir ki, bu barədə bu gün İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.

“İranda elə bir nöqtə yoxdur ki, İsrailin ora əli çatmasın”, – Baş nazir vurğulayıb.

O, İranın Yaxın Şərqdəki proksi qüvvələrini də təhdid edib.

“Burdakılara və dünyaya da bir mesajım var: biz qalib gəlirik!”, – Netanyahu əlavə edib./Apa/

COP29