Netanyahu İsrailin hərbi kabinetini buraxdı

İsrailin baş naziri Benyamin Netanyahu fövqəladə hərbi kabineti buraxdığını elan edib. 

Yenicag.az bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Netanyahu qeyd edib ki, Benni Qants kabineti tərk etdiyi üçün bu strukturun fəaliyyətinə də ehtiyac qalmayıb.

Qeyd edək ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HAMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.

İsrailin fövqəladə hərbi kabineti nazir Benni Qantsın iyunun 9-da hökumətdən istefa verməsindən sonra buraxılıb.

COP29