İsrail ordusu Livanla sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə hazırdır
Yenicag.az The Times of Israel-ə istinadala xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
O, İsrail-Livan sərhəd bölgəsinə səfəri zamanı xəbərdarlıq edib: “Biz şimalda çox güclü hərəkətlərə hazırıq”.
Netanyahu bu bəyanatı son günlər Livandan İsrail ərazisini “Hizbullah” döyüşçülərinin atəşə tutması fonunda verib.
Baş nazir əlavə edib: “Əgər kimsə bizim zərər görərkən bizim boş oturacağımızı düşünürsə, ciddi səhv edir”.