İsrailin baş naziri Benyamin Netanyahu sentyabr ayında Livandakı Hizbullah peycerlərinin bombalanması əmrini verib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Nəticədə ən azı 2800 nəfər yaralanıb, 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlu da daxil olmaqla 8 nəfəri xilas etmək mümkün olmayıb. Livanın İnformasiya Nazirliyi hadisəni “İsrail hücumu” adlandırıb.