HƏMAS-ın hərbi və inzibati potensialı məhv edilməyənə qədər Qəzzada daimi atəşkəs olmayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“İsrailin atəşkəslə bağlı şərtləri dəyişməyib. HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək, bütün girovları azad etmək və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək. İsrail daimi atəşkəs əldə olunmazdan əvvəl bu şərtlərin yerinə yetirilməsində israr etməyə davam edəcək. Bu şərtlər yerinə yetirilməmiş İsrailin daimi atəşkəsə razılaşacağı fikrinin heç bir əsası yoxdur”, – Netanyahu deyib.