Reklam: High Technic
hightechnic

Netanyahu sağçı partiyalara çağırış etdi

68120İsrailin baş naziri Benyamin Netanyahu Lukud Prtiyasının Tel-Əvivdəki qərargahında tərəfdarları qarşısında çıxış edib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, baş nazir Lukud Prtiyasının seçkidə gözlənilməz qələbə qazandığını rəsmən elan edib və ölkənin sağçı partilyalarını koalision hökumət qurmağa çağırıb.

Ümumiyyətlə, Likud Partiyası 120 yerlik parlamentdə 30 mandat qazanıb. Bununla da B.Netanyahu daha 4 il hakimiyyətdə qalacaq və İsrailin ən uzunmüddətli baş naziri olacaq. Rəy sorğularında müxalifətdə olan “Sionist Düşərgəsi” birliyi irəlidə olsa da, lakin parlamentdə 24 yerə sahib olub.

Ekspertlərin fikrincə, bu nəticə Yaxın Şərq sülh prosesi üçün yaxşı olmayacaq. Çünki B.Netanyahu seçki ərəfəsində Fələstin dövlətinin yaradılmasını imkan verməyəcəyini söyləyib.

Xatırladaq ki, martın 17-də keçirilən parlament seçkilərində ilkin məlumatlara görə, birinci yeri Likut Partiyası, ikinci yeri “Sionist Düşərgəsi” birliyi, üçüncü yeri isə ərəb partiyalarının ittifaqı olan “Birləşmiş Ərəb Siyahısı” tutur.

www.yenicag.az

67