İsrail ordusu 1974-cü ildə Suriya ilə qoşunların ayrılması haqqında razılaşmanı həyata keçirəcək bir qüvvə meydana çıxana qədər Qolan Təpələrində bufer zonaya nəzarət edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşündə deyib.
“Baş nazir Netanyahu İsrailin təhlükəsizliyini istənilən təhdiddən qorumaq üçün lazım olan hər şeyi edəcəyini açıq şəkildə bildirdi və buna görə də İsrail ordusuna Suriyadakı bufer zonanı müvəqqəti olaraq nəzarət altına almağı əmr etdi”, – bəyanatda deyilir.
Qeyd olunur ki, görüşdə İsrailin baş naziri Suriyadakı milli azlıqlara yardımın göstərilməsi və Suriya ərazisindən İsrailə qarşı terror fəaliyyətlərinin qarşısının alınmasının zəruriliyi məsələsini də qaldırıb.