!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Netanyahudan SEPAH-ın terrorçu təşkilat elan edilməsinə REAKSİYA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıdıqlarını bəyan edib. İsrail Baş naziri Benyamin Netanyahu bu məsələyə biganə qalmayıb.

Yenicag.az xəbər verir ki, o “Twitter” hesabında Trampa təşəkkür etdiyini yazıb.

O, ölkəsi və regionun maraqlarına xidmət edən sözügedən məsələdəki istəyinə cavab verdiyi üçün Trampa təşəkkür edərək, İsrail və ABŞ-ın dünyada sülhü təhdid edən İran rejiminə qarşı birlikdə çalışmağa davam edəcəklərini bildirib.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp İranın SEPAH təşkilatını terror təşkilatı kimi tanıdıqlarını bəyan edib.

www.yenicag.az

11197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv