“Netflix” striminq xidməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyada işini dayandırmaq qərarına gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə şirkət rəsmisi məlumat verib.
“Müvafiq şəraitdə biz Rusiyada xidmətlərimizin göstərilməsini dayandırmaq qərarına gəldik”, – xidməti nümayəndə bildirib.
Qeyd edək ki, bundan əvvəl “Netflix” Rusiya film layihələrini dayandırmışdı.